Bakı-Qazax yolunda ölümlə nəticələnən yol qəzası baş verib

Bakı-Qazax yolunda ölümlə nəticələnən yol qəzası baş verib
# 18 yanvar 2016 19:38 (UTC +04:00)

Qaradağ. Əlibəy Zeynallı-APA. Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə axşam saat 20.00 radələrində Bakı-Qazax magistralının 66-cı kilometrliyində qeydə alınıb.

“Kamaz” markalı avtomobillə VAZ 2107 markalı minik avtomobilinin toqquşması nəticəsində sərnişin, Ağsu rayon sakini, 1988-ci il təvəllüdlü Qarayev Orxan Yaşar oğlu ölüb, bir nəfər yaralı isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR