Göygöldə sürücü maşının üstündən düşərək ölüb

Göygöldə sürücü maşının üstündən düşərək ölüb
# 22 dekabr 2015 08:40 (UTC +04:00)

Göygöl. Azər Məmmədli - APA. Göygöl rayonunda ölüm hadisəsi qeydə alınıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qızılqaya qəsəbəsində baş verib. Gəncə şəhər sakini, 1951-ci il təvəllüdlü Nadir İsmayılov idarə etdiyi su daşıyan avtomobilə su doldurarkən maşının üzərindən yıxılaraq ölüb. N. İsmayılovun ürək tutmasından dünyasını dəyişdiyi bildirilir.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR