Yəməndə hava zərbələri nəticəsində ölənlərin sayı 25-ə çatıb, 73 nəfər yaralanıb - YENİLƏNİB

Yəməndə hava zərbələri nəticəsində ölənlərin sayı 25-ə çatıb, 73 nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB
# 22 sentyabr 2016 01:21 (UTC +04:00)

Bakı-APA. Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya qüvvələrinin Yəmənin Hodeyda şəhərində endirdiyi hava zərbəsi nəticəsində ölənlərin sayı 25-ə çatıb.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, 73 nəfərin yaralandığı bildirilir.

“İlkin məlumata əsasən, 25 nəfər ölüb. Müxtəlif dərəcəli xəsarətlər alan 73 nəfər isə xəstəxanalara çatdırılıb”, deyə Hodeyda şəhər xəstəxanasının nümayəndəsi bildirib.

***

02:12

Bakı-APA. Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya qüvvələrinin endirdiyi hava zərbəsi nəticəsində Yəmənin Hodeyda şəhərində 11 nəfər ölüb, 10 nəfər yaralanıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, ölənlər arasında qadın və uşaqların da olduğu bildirilir.

Məlumata görə, koalisiyaya məxsus təyyarələrin hədəfində üsyançı husilərin liderlərinin olduğu bina olub. Mərmilərin bir qismi yaxınlıqdakı yaşayış binasına düşüb.

Yəməndə üsyançı husilər və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR