Ağstafada oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb

Ağstafada oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb
# 15 mart 2016 12:37 (UTC +04:00)

Ağstafa. Azər Məmmədli – APA. Ağstafada oğurluq faktının üstü açılıb.

Rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, əməliyyat axtarış tədbirləri nəticəsində rayonun Dağ Kəsəmən və Eynallı kəndlərində mağazadan müxtəlif ərzaq məhsulları, spirtli içkilər və tütün məmulatları oğurlamaqda, habelə ödəniş terminalından oğurluq etmək cəhdində şübhəli bilinən rayonun Vurğun qəsəbəsinin sakini, 1991-ci il təvəllüdlü Məhərrəm Rafiq oğlu Seyidov və Dağ Kəsəmən kənd sakini, 1992-ci il təvəllüdlü Elnur Famil oğlu Xəlilov saxlanılıb.

Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR