Toyda gəlinin qohumlarını bıçaqlayan Şəmkir sakini saxlanılıb

Toyda gəlinin qohumlarını bıçaqlayan Şəmkir sakini saxlanılıb
# 04 oktyabr 2016 09:39 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Ötən gün Şəmkir şəhərində şadlıq evlərinin birində keçirilən toy zamanı iki nəfəri bıçaqlayan şəxs saxlanılıb.

Şəmkir rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şübhəli şəxs qismində saxlanılan şəhər sakini Razim Rzayevin hadisəni sərxoş vəziyyətdə törətdiyi müəyyənləşib.

Qeyd edək ki, ötən gün Şəmkir şəhərində keçirilən toy şənliyi zamanı Razim Rzayev gəlinin atası 1970-ci il təvəllüdlü Azər Qasımovu və gəlinin bibisinin həyat yoldaşı, 1957-ci il təvəllüldlü Etibar Məmmədhəsənovu bıçaqlayıb. Onlar Şəmkir Mərkəzi Rayon xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR