Hacıqabulda аvtobusun aşması nəticəsində xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB - VİDEO

Hacıqabulda аvtobusun aşması nəticəsində xəsarət alanların kimliyi məlum olub - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 19 oktyabr 2015 22:30 (UTC +04:00)

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, “PAZ” markalı 24-AC-227 dövlət qeydiyyat nişanlı avtobus aşması nəticəsində 1980-cı il təvəllüdlü Qafarova Rəşidə Ağamalı qızı, 1966-ci il təvəllüdlü Abdullayeva Dürdanə Ağadadaş qızı və 1966-cı il təvəllüdlü Abbasova Arzu Ağarıza qızı orta dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Digər sərnişinlər xəsarət almayıb.

***

20:50

Şirvan. Əlibəy Zeynallı – APA. Hacıqabulda yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Ağacanlı kəndində qeydə alınıb.

Belə ki, quşçuluq fabrikinin fəhlələrini daşıyan avtobus yoldan çıxaraq aşıb. İlkin məlumata əsasən, qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR