Kuba ilə İran qarşılıqlı anlaşma memorandumu imzalayıblar

Kuba ilə İran qarşılıqlı anlaşma memorandumu imzalayıblar
# 23 avqust 2016 02:06 (UTC +04:00)

Bakı-APA. Kuba ilə İran qarşılıqlı anlaşma memorandumu imzalayıblar.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ölkələr arasında ilk dəfə imzalanan sənəd ticarət əlaqələrinin inkişafına yönəlib.

Memorandum İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin Havanaya səfəri çərçivəsində imzalanıb. Qeyd olunur ki, tarixi səfərdə iranlı naziri 60 sahibkar müşayiət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR