Xəzərdə zəlzələ olub

Xəzərdə zəlzələ olub
# 24 sentyabr 2016 06:36 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın cənubunda zəlzələ olub.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ sentyabrın 24-də saat 05:06-da Lənkərandan 48 km şimal-şərqdə, Xəzər dənizində qeydə alınıb.

Maqnituda 3.0 olan, 2 km dərinlikdə baş verən zəlzələ hiss olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR