OPEC-in baş katibi neft hasilatının dondurulmasına dair razılaşmanı təsdiqləyib

OPEC-in baş katibi neft hasilatının dondurulmasına dair razılaşmanı təsdiqləyib
# 28 sentyabr 2016 22:51 (UTC +04:00)

Bakı-APA. Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo neft hasilatının dondurulmasına dair razılaşmanı təsdiqləyib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, M.Barkindo deyib ki, hasilatın sutkada 32,5-33 milyon barelədək məhdudlaşdırılmasına dair razılaşma əldə edilib.

Razılaşma noyabrın 30-da Vyanada OPEC-ə üzv ölkələrin keçiriləcəyi rəsmi toplantıdan sonra qüvvəyə minəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR