Mikayıl Cabbarov: "Peşə təhsil şəbəkəsi optimallaşdırılacaq və ixtisaslara yenidən baxılacaq"

Mikayıl Cabbarov: "Peşə təhsil şəbəkəsi optimallaşdırılacaq və ixtisaslara yenidən baxılacaq"
# 05 may 2016 11:57 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. Azərbaycanda peşə təhsil şəbəkəsinin optimallaşdırılması nəzərdə tutulur. APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov deyib ki, bu prosesə daha böyük şəhərlərdən - Bakı və Gəncədən başlanacaq. Onun sözlərinə görə, peşə təhsili üzrə hazırlanan ixtisaslara yenidən baxılacaq, məzmun daha da müasirləşdiriləcək. M.Cabbarov qeyd edib ki, Təhsil Nazirliyi tərəfindən son illərdə həyata keçirilən layihələrə əsaslanaraq artıq özəl sektorlarla, iqtisadi subyektlərlə, dövlət və özəl şirkətlərlə əməkdaşlıq əsas götürülüb:

“Uzun illər ərzində peşə təhsili müəssisələrinin binalarından erməni təcavüzü nəticəsində işğal edilmiş ərazilərdən gələn məcburi köçkünlərin yerləşdirilməsi üçün istifadə edilib. Ümumilikdə götürdükdə, bir çox peşə təhsili müəssisələrimizin maddi-texniki bazası, təhsil proqramı istənilən qənaətbəxş səviyyədə deyil. Bunun da səbəbi ondan ibarətdir ki, yeni iqtisadi mühit bir çox ixtisaslara olan tələbləri sürətlə dəyişib. Bu da analoji olaraq, tədris olunan fənlərin, standartların dəyişdirilməsini tələb edir. Əks halda, əmək bazarına gələn işçi qüvvəsi işə götürənlər üçün zəruri keyfiyyətlərə malik olmayacaq. Bu nöqteyi-nəzərdən yeni yaradılan Peşə Təhsili üzrə Dövlət Agentliyinin mövcudluğu imkan verir ki, biz peşə təhsilinin daha yeni mərhələyə çıxarılması üçün konsepsiyanın həyata keçirilməsini təmin edək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR