MDM dividend ödəməyəcək

MDM dividend ödəməyəcək
# 25 sentyabr 2017 10:42 (UTC +04:00)

2016-cı ildə Milli Depozit Mərkəzinin (MDM) təsisçilərinə dividendlər elan edilməyib və ödənilməyib. "APA-Economics" xəbər verir ki, bu barədə MDM-in illik hesabatında qeyd edilib.

"Mərkəzin təsisçilərinə dividendlər maliyyə hesabatlarında öhdəlik kimi o dövrdə tanınır ki, həmin dövrdə MDM-in təsisçiləri tərəfindən təsdiq edilib (qərar qəbul edilib). Hesabat dövründə MDM-in təsisçilərinə dividendlər elan edilməyib və ödənilməyib", - deyə sənəddə vurğulanıb.

Qeyd edək ki, MDM 2016-cı ili 452 min manatlıq xalis mənfəətlə başa vurub. Mərkəzi nizamnamə kapitalı 2,7 mln. manatdır və səhmlərinin 100%-i dövlətə məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR