İsrail tarixində Hərbi-Hava Qüvvələrinin ən irimiqyaslı təlimlərinə başlayıb

İsrail tarixində Hərbi-Hava Qüvvələrinin ən irimiqyaslı təlimlərinə başlayıb
# 05 noyabr 2017 01:37 (UTC +04:00)

İsrail 7 ölkənin nümayəndə heyətlərinin iştirakı ilə tarixində ən iri aviasiya təlimlərinə başlayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, noyabrın 16-dək davam edəcək “Mavi bayraq” adlandırılan təlimlərə Almaniya, Yunanıstan, Hindistan, İtaliya, Polşa, ABŞ və Fransa Hərbi-Hava Qüvvələri iştirak edir.

Təlimlərə gələn xarici ölkələrin hərbi təyyarələri Eylat şəhəri yaxınlığındakı “Uvda” aviabazasında yerləşdirilir.

“Təlimlərdə 1000-dən çox təyyarəçi, texniki və inzibati heyət üzvləri iştirak edir”, - deyə ordunun mətbuat xidmətinin məlumatında bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR