Banka hücum edən şəxsin məhkəməsində bankın filial müdiri ifadə verib

Banka hücum edən şəxsin məhkəməsində bankın filial müdiri ifadə verib
# 05 iyun 2018 13:22 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Nazim Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi keçirilən prosesdə "TuranBank"ın Yasamal filialının müdiri Fərid Qəniyev ifadə verib. O bildirib ki, N. Məmmədov banka daxil olaraq, xəzinədarı hədələyib: "Xəzinədarın üstünə bıçaq çıxardı, pul tələb etdi. Biz də bu barədə polisə məlumaat verdik".

F. Qəniyev təqsirləndirilən şəxsə qarşı şikayətinin olmadığını qeyd edib.

Sonra zərərçəkmiş şəxs Səriyyə Nəcəfova ifadə verib.

O qeyd edib ki, N. Məmmədov banka daxil olaraq qəfildən ona hücum edib və xəzinədəki pulları tələb edib.

Proses iyunun 12-də davam etdiriləcək.

Qeyd edək ki, Bakı sakini Nazim Məmmədov "TuranBank"ın Yasamal filialına basqın edərək xəzinədarı bıçaqla hədələyib pul tələb etməkdə təqsirləndirilir.

N. Məmmədov polis əməkdaşları tərəfindən tərksilah olunaraq tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR