Naftalan sakini atasının evindən silah tapması barədə polisə xəbər verib

Naftalan sakini atasının evindən silah tapması barədə polisə xəbər verib
# 15 fevral 2017 09:32 (UTC +04:00)

Naftalan sakini atasının evində silah olması barədə polisə xəbər verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Naftalan şəhər sakini Ərişad Sərdarov Şəhər Polis Şöbəsinə müraciət edərək fevralın 5-də mərhum atası Sahibin yaşadığı mənzildən silah-sursat tapdığını bildirib.

Naftalan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin evə baxış keçirilib və oradan 137 ədəd patron, "AK-SU" markalı avtomat silah, 4 ədəd "F-1" markalı qumbara, 1 ədəd qumbara alışdırıcısı, süngü-bıçaq, penal və 4 ədəd patron darağı aşkarlanaraq, götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR