Lənkəranda 12 otaqlı ev yanıb

Lənkəranda 12 otaqlı ev yanıb
# 25 may 2018 05:27 (UTC +04:00)

Lənkəranda yanğın olub. APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Nərimanabad qəsəbəsində ümumi sahəsi 240 m2 olan ikimərtəbəli 12 otaqlı evdə baş verib. Nəticədə evin 2-ci mərtəbəsinin 6 otağının və dam örtüyünün yanar konstruksiyaları 120 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR