Bakıda ev yanıb

Bakıda ev yanıb
# 12 dekabr 2016 23:41 (UTC +04:00)

Bakıda yanğın hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xətai rayonunda ümumi sahəsi 15 m2 olan birmərtəbəli 1 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 5 m2 sahədə və ev əşyaları 3 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR