Azərbaycan Türkiyəyə qaz ixracını 6% artırıb

Azərbaycan Türkiyəyə qaz ixracını 6% artırıb
# 30 dekabr 2016 08:35 (UTC +04:00)

Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Türkiyəyə "Şahdəniz-1" layihəsi çərçivəsində hasil olunan 5 mlrd. 308,5 mln. kubmetr qaz ixrac edib. "APA-Economics" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,2% çoxdur.

Qeyd edilib ki, cari ilin oktyabr ayında Azərbaycan Türkiyəyə 463,91 mln. kubmetr qaz ixrac edib.

Qaz boru xətləri ilə Türkiyəyə nəql olunan "mavi yanacağ"ın 14,4% Azərbaycanın, qalanı isə İran və Rusiyanın payına düşür.

2015-ci ildə Azərbaycan Türkiyəyə 6 mlrd. 168,68 mln. kubmetr qaz ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR