Göyçayda minik və yük avtomobilləri toqquşub, sürücü xəsarət alıb

Göyçayda minik və yük avtomobilləri toqquşub, sürücü xəsarət alıb
# 08 iyul 2017 16:07 (UTC +04:00)

Göyçayda iki avtomobil toqquşub, xəsarət alan var.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün Göyçay-Bərgüşad yolunda Göyçayın Ləkçılpaq kənd sakini, 1980-ci il təvəllüdlü Kərimov Ramin Hidayət oğlu idarə etdiyi “VAZ 2103” markalı minik avtomobili “KamAZ” markalı yük avtomobili ilə toqquşub. Hadisə zamanı minik avtomobilinin sürücüsü müxtəlif bədən xəsarətləri aldığı üçün Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR