Assosiasiya: Mikromaliyyə təşkilatlarının müştəri bazası kəskin azalır

Assosiasiya: Mikromaliyyə təşkilatlarının müştəri bazası kəskin azalır
# 06 oktyabr 2017 07:39 (UTC +04:00)

"Son 3 ildə mikromaliyyə təşkilatlarının istifadəçilərinin sayında ciddi azalma qeydə alınıb".

"APA-Economics" xəbər verir ki, bunu "Azərbaycanda mikromaliyyənin gələcəyi: çətinliklər və imkanlar" mövzusunda keçirilən beşinci investorlar yarmarkasında Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) İdarə Heyətinin sədri Süleyman Kələşov deyib.

Onun sözlərinə görə, 2015-ci ildə mikromaliyyə təşkilatlarının 600 min istifadəçisi olub. Təşkilat rəhbəri əlavə edib ki, 2016-cı ildə mikromaliyyə təşkilatlarından borcalanların sayı 298 minə qədər, 2017-ci ildə isə 118 minə qədər azalıb. "Mikromaliyyə təşkilatlarının kredit portfeli 2015-ci ildə 348 milyon dollar olub. 2017-ci ildə bu rəqəm əhəmiyyətli dərəcədə azalaraq 80,1 milyon dollara düşüb. Düşünürəm ki, bu sektora dəstək vermək lazımdır", - deyə S.Kələşov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR