Vyetnamda 11 nəfər daşqınların qurbanı olub

Vyetnamda 11 nəfər daşqınların qurbanı olub
# 15 oktyabr 2016 17:46 (UTC +04:00)

Bakı-APA. Vyetnamda 11 nəfər daşqınların qurbanı olub, daha 30 min nəfər isə təhlükəli ərazilərdən təxliyə edilib.

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, daşqınlara səbəb bir neçə gündür davam edən leysan yağışlar olub.

Təbii fəlakət nəticəsində magistral yollar su altında qalıb. Bu səbəbdən ziyan dəymiş ərazilərə və sakinlərə ərzaq çatdırılmasında çətinliklər yaranıb. Həmçinin dəmir yolu nəqliyyatın hərəkətində də problem yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR