Avstraliyada 1,4 ton kokain daşıyan yaxta saxlanılıb

Avstraliyada 1,4 ton kokain daşıyan yaxta saxlanılıb
# 06 fevral 2017 02:48 (UTC +04:00)

Avstraliya hüquq-mühafizə orqanları xüsusi əməliyyat nəticəsində yaxtada 1,4 ton kokain aşkar ediblər.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə ilə əlaqədar beşi Avstraliya vətəndaşı olmaqla, 6 nəfər tutulub.

Onlara qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb. Qeyd olunur ki, bu, Avstraliyada bir əməliyyat çərçivəsində aşkar edilən ən böyük kokain partiyasıdır. Xüsusi əməliyyat Avstraliya federal polisi, sərhəd xidməti və Yeni Zelandiyanın gömrük xidməti tərəfindən həyata keçirilib. Əməliyyatın təfərrüatları hələ ki, açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR