Hacıqabulda mağazadan 4 min manat dəyərində telefon oğurlanıb

Hacıqabulda mağazadan 4 min manat dəyərində telefon oğurlanıb
# 21 noyabr 2017 08:23 (UTC +04:00)

Hacıqabulda mağazadan 4 min manat dəyərində telefon oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, Hacıqabul rayon sakini Kamil Quliyev oktyabrın 18-də rayon Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bir gün əvvəl şəhərin Ə.Vahid küçəsində yerləşən telefon mağazasının tavanını sındırmaqla içəriyə daxil olan naməlum şəxs və şəxslər oradan 4 min manat dəyərində telefonları oğurladığını bildirib.

Polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş Samid Minaxanov saxlanılaraq şöbəyə gətirilib.

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayəti etiraf edib. Oğurladığı telefonlar ondan maddi sübut kimi götürülüb.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR