Bakı sakinini döyərək öldürən şəxslər tutulub

Bakı sakinini döyərək öldürən şəxslər tutulub
# 15 noyabr 2016 09:01 (UTC +04:00)

Bakıda bir ay əvvəl törədilən cinayətin üstü açılıb.

Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini Zakir Məmmədova ölümlə nəticələnən xəsarət yetirməkdə şübhəli bilinən şəxslərin Şəki rayon sakinləri Mehman Qarayev və Pərviz Məmmədov olmaları müəyyən edilib və onlar saxlanılıb.

Qeyd edək ki, təxminən bir ay əvvəl Qaraçuxur qəsəbəsində küçədən üzərində döyülməyə xarakterik xəsarətləri olan kişi meyiti tapılıb. Aparılan araşdırmalar zamanı meyitin Məmmədov Zakir Fərrux oğlu olması müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR