İyulun son günlərində Bakı və Abşeron yarımadasında 34-39° isti olacağı gözlənilir

İyulun son günlərində Bakı və Abşeron yarımadasında 34-39° isti olacağı gözlənilir
# 27 iyul 2017 10:31 (UTC +04:00)

Azərbaycanda bu ayın sonunadək gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən xəbərə görə, iyulun 28-29-da Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 34-39° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyulun 28-dən ayın sonunadək ölkə ərazisində hava şəraitinin isti olacağı gözlənilir. Havanın maksimal temperaturunun 35-40°, Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 42°, dağlıq rayonlarda isə 27-32° isti olacağı gözlənilir. Qərb küləyi 29-u gündüzdən 31-dək ayrı-ayrı yerlərdə arabir güclənəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR