BMT-nin Suriya üzrə xüsusi elçisi İrana səfər edib

BMT-nin Suriya üzrə xüsusi elçisi İrana səfər edib
# 13 noyabr 2016 19:54 (UTC +04:00)

BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura Tehrana səfər edib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində de Mistura İran rəsmiləri ilə Hələbdəki vəziyyəti müzakirə edib.

Eyni zamanda, BMT-nin Suriya üzrə xüsusi elçisi Suriya böhranının siyasi yolla həllinə dair məsləhətləşmələr aparıb.

BMT-nin yaydığı açıqlamada bildirilir ki, Staffan de Mistura atəşkəsə nail olunması, hava zərbələrinin dayandırılması, əhaliyə humanitar yardımın maneəsiz çatdırılmasının vacibliyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR