Hacıqabul sakinini ilan sancıb

Hacıqabul sakinini ilan sancıb
# 30 iyul 2017 10:18 (UTC +04:00)

Hacıqabulda 38 yaşlı kişini gürzə ilanı sancıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun Qubalı Baloğlan kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 1979-cu il təvəllüdlü Hüseynov Şahin Ağamalı oğlunu çöllük sahədə gürzə ilanı sancıb. Ş.Hüseynov Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Ona ilan zəhəri əleyhinə zərdab vurulub, müalicəsi davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR