Rusiyanın Saxalin vilayətində azərbaycanlı diaspor rəhbəri qubernator yanında millətlər və konfesiyalararası münasibətlər Şurasının üzvü seçilib

Rusiyanın Saxalin vilayətində azərbaycanlı diaspor rəhbəri qubernator yanında millətlər və konfesiyalararası münasibətlər Şurasının üzvü seçilib
# 09 iyul 2015 01:04 (UTC +04:00)

APA-nın Rusiya bürosunun məlumatına görə, Rusiya Federasiyasının Saxalin vilayətinin qubernator vəzifəsini müvəqqəti icra edən Oleq Kojemyakonun imzaladığı əmrə əsasən Ümumrusiya Azərbaycan Konqresinin Saxalin vilayəti üzrə regional bölməsinin rəhbəri Nazir Hətəmov Saxalin vilayəti qubernatoru yanında millətlər və konfesiyalararası münasibətlər Şurasının üzvü seçilib.

Qeyd edək ki, Nazir Hətəmov 1976-cı il iyulun 10-da Laçın rayonunun Danbulaq kəndində anadan olub. 1996-cı ildən 2012-ci ilədək Rusiya Silahlı Qüvvələrində xidmətdə olub. Saxalin vilayətinin Hərbi Komissarlıq xidmətinin rəisi vəzifəsində çalışıb. Kapitan hərbi rütbəsi daşıyan həmyerlimiz 2012-c il dekabr ayının 1-dən ehtiyata buraxılıb. Hazırda Rusiya Silahlı qüvvələrinin təqaüdçüsüdür.

Fərdi sahibkar olan Nazir Hətəmov Rusiya Silahlı Qüvvələrindən ehtiyata buraxıldıqdan sonra aktiv olaraq diaspor fəaliyyəti ilə də məşğul olmağa başlayıb. O, 2013-cü ilin iyun ayından Ümumrusiya Azərbaycan Konqresinin Saxalin vilayəti üzrə regional bölməsinin sədridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR