Astarada ilanlar yaşayış evinə hücum edib

Astarada ilanlar yaşayış evinə hücum edib
# 19 iyul 2017 07:13 (UTC +04:00)

Astarada ilanlar yaşayış evinə hücum edib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Astaranın Şiyəkəran kəndində Ərəstun Baloğlan oğlu İmanova məxsus yaşayış evi son günlər ilanların hücumuna məruz qalır. Ev sakinləri ilanları dəfələrlə ilanları öldürsələr də, ardı-arasının kəsilmədiyini deyirlər. Evdə ikisi azyaşlı olmaqla altı nəfər yaşayır.

Bildirilir ki, kənddə yaşayış olmayan bir evdə sürünənlər yuva salıb. Ehtimal olunur ki, ilanlar həmin evdən qonşu mənzilə keçir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR