İnternet informasiya ehtiyatlarında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinin qarşısının alınmasına dair prosedur təkmilləşdirilir.
APA-nın məlumatına görə, bu, Mili Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılmış "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanı yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə aşkar etdikdə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında müəyyən etdikdə, bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq edir. Dəyişiklik bu xəbərdarlığın məzmunu ilə bağlıdır. Beləliklə, xəbərdarlığın məzmununda yayılması qanunla qadağan edilən informasiya barədə məlumat, müvafiq informasiyanın internet informasiya ehtiyatından götürülməsinə və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə (bir və ya bir neçə veb səhifəsinə) müraciətin məhdudlaşdırılmasına dair tələb, belə tələb üçün qanunda nəzərdə tutulmuş əsaslar, habelə müvafiq tələbə vaxtında riayət edilməyəcəyi təqdirdə görüləcək tədbirlər barədə məlumat göstərilməlidir.
Qüvvədə olan qanuna əsasən, xəbərdarlıq edildiyi vaxtdan 8 saat ərzində yayılması qadağan edilən informasiya internet informasiya ehtiyatından götürülmədikdə müvafiq icra hakimiyyəti orqanı həmin orqanın yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsinə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciət edir.
Dəyişikliyə əsasən, bu prosedur internet informasiya ehtiyatının müvafiq hissəsinə, bir və ya bir neçə veb səhifəsinə də şamil olunacaq. Başqa sözlə, xəbərdarlıq edildiyi vaxtdan 8 saat ərzində yayılması qanunla qadağan edilən informasiya internet informasiya ehtiyatından götürülmədikdə və ya internet informasiya ehtiyatına və onun müvafiq hissəsinə (bir və ya bir neçə veb səhifəsinə) müraciət məhdudlaşdırılmadıqda, müvafiq icra hakimiyyəti orqanı informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə (bir və ya bir neçə veb səhifəsinə) müraciətin məhdudlaşdırılması barədə ərizə ilə rayon (şəhər) məhkəməsinə müraciət edəcək.
Layihə birinci oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.
Qadağan edilən informasiyalar yayan saytlara xəbərdarlığın məzmununa dair tələb müəyyənləşir
Media
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdirilib
Media və Yayım Şurası: Almaniya kəşfiyyatının keçmiş rəhbəri ilə bağlı Azərbaycanın adının hallandırılması dezinformasiyadır
Əhməd İsmayılov RTÜK sədri ilə görüşüb
Bakıda AQEM Media Forumu keçirilib - FOTO - YENİLƏNİB
Xəbər Lenti
Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir
Emoməli Rəhmon: Təhlükəsizlik çağırışlarına qarşı birgə mübarizə gücləndirilməlidir
Qırğızıstan Prezidenti: Mərkəzi Asiya və Azərbaycan vahid turizm məkanı formalaşdırmalıdır
Prezident İlham Əliyev: Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir
Rusiyanın bəzi bölgələrində dron təhlükəsi elan edilib
Prezident: Azad edilmiş ərazilərin bərpasına qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyət daşıyır
Prezident İlham Əliyev: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb
Sadır Japarov: Azərbaycanın sədrliyi əməkdaşlığımıza yeni təkan verəcək
Prezident: Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib
Prezident İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir
Ryazanda "Yandex"in data-mərkəzinə PUA zərbəsi endirilib
Tokayev: Süni intellektdən məsuliyyətli istifadəyə dair regional bəyannamə hazırlanmalıdır
“PAŞA Sığorta” aqrar müəssisənin 280 min manata yaxın zərərini ödəyib
Qazaxıstan Prezidenti Orta Dəhlizin “Üç dəniz” təşəbbüsü ilə inteqrasiyasını təklif edib
Tokayev regiondaxili ticarətin həcminin 20 milyard dollara çatdırılmasını təklif edib
Suriyadan gətirilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb
Azərbaycan və İspaniya arasında siyasi məsləhətləşmələrin 5-ci raundu keçirilib
Sərdar Berdiməhəmmədov: Azərbaycanın Məşvərət Görüşü formatına qoşulması mühüm nəticədir
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir, Prezident tədbirdə çıxış edib - YENİLƏNİB
İstanbulda dağıntılar altında qalan 12 nəfərdən 6-sı xilas edilib - YENİLƏNİB-2
Səfərbərlik Xidmətinin əməkdaşı saxta arayış verməkdə ittiham olunur, məhkəmə başlayır
Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının Məşvərət Görüşü: C6-ya çevrilmiş əməkdaşlıq formatı - ŞƏRH
Mərkəzi Asiya və Azərbaycan: yeni regional əməkdaşlıq modelinin formalaşması - TƏHLİL
Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb - VİDEO
Prezident Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib
Beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfərə başlayıb - FOTO
Litva Hərbi Akademiyasının nümayəndə heyəti Azərbaycanda səfərdə olub
Azərbaycan-Türkmənistan əlaqələri: Strateji tərəfdaşlıq münasibətləri daha da möhkəmlənir - ŞƏRH
IEA üzvləri fövqəladə neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirəcək
Azad edilmiş ərazilərdə daha 16 nəfərə aid insan qalığı aşkarlanıb
Astara gömrük postunda külli miqdarda heroin və “metadon” həbləri aşkar edilib
Ədalət Həsənov: İndiyə qədər azad edilmiş ərazilərdə 474 şəxsə məxsus sümük qalıqları üzərində müxtəlif həyati xəsarətlər aşkar edilib
Xaçmazda iki nəfərdən 7 kiloqram narkotik vasitə aşkarlanıb
Bakıda avtobusla maşının toqquşması nəticəsində xəsarət alan sürücü ölüb - VİDEO - YENİLƏNİB
Boçorişvili: Gürcüstanın ATƏT sədrliyinə namizədliyi barəsində yekun qərar verilməyib
Azərbaycan neftinin qiyməti 125 dolları ötüb
Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib - FOTO
Əmtəə bazarlarında qızıl bahalaşıb, gümüş isə cüzi ucuzlaşıb
Nyu-York birjasında təbii qaz daha da bahalaşıb
Dünya bazarlarında neftin qiyməti artıb
Bu günün valyuta məzənnələri
Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın üç rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Axios: Suriya Yəmənə 20 minədək hərbçi göndərməyi nəzərdən keçirir
Gürcüstan XİN rəhbəri: "Tramp marşrutu" regional əməkdaşlıq baxımından faydalıdır
Tramp: İran müharibənin dayandırılması üçün ABŞ-a istənilən təklifi verməyə hazırdır
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Qlobal fond bazarlarında kəskin eniş müşahidə olunub
“Bitcoin”in qiyməti 83 min dollardan aşağı düşüb
Suriya İraq neftinin daşınması üçün alternativ tranzit marşrutu açmağa hazırlaşır