Bank Of Baku

Azad edilmiş ərazilərdə daha 16 nəfərə aid insan qalığı aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 16 nəfərə aid insan qalığı aşkarlanıb
# 08 oktyabr 2026 09:39 (UTC +04:00)

"Tədqiqat nəticəsində bu günə kimi 1000-ə yaxın insan qalığı aşkarlanıb".

APA xəbər verir ki, bunu AMEA Arxeologiya və Antropologiya İnstitutunun Məhkəmə Arxeologiyası şöbəsinin müdiri Akif Quliyev “İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransda təşkil olunan paneldə bildirib.

Akif Quliyev bildirib ki, hazırda da onların şəxsiyyətlərinin müəyyən edilməsi üzərində işlər gedir: “Tədqiqat zamanı kütləvi məzarlıqlarla yanaşı, tək-tək insan qalıqlarına rast gəlirik. Çətin məqamlardan biri odur ki, burada müxtəlif relyeflərdə tədqiqat işləri aparılır. Qarabağ ərazisi, ələlxüsus da Kəlbəcər, Ağdərə, Laçın zonası çox sərt dağlarla əhatə olunub. Bu gün biz hissə-hissə insan qalıqlarını o dağların ətrafından yığmağa məcburuq. Təxminən 3 gün bundan əvvəl Qarabağdan geri dönmüşük. Daha 16 nəfərə aid insan qalıqları təfərimizdən götürülüb. Bu da böyük bir rəqəmdir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR