İstanbulda çökən binanın dağıntıları altında qalan 12 nəfərdən 6-sı xilas edilib.
Bu barədə APA-nın Türkiyə bürosu xəbər verir.
***
09:31
"Çökən 7 mərtəbəli bina 1987-ci ildə tikilib. Binada ümumilikdə 33 nəfər yaşayır".
APA-nın Türkiyə bürosu xəbər verir ki, bunu İstanbul valisi Davud Gül deyib.
O bildirib ki, dağıntılar altında qalan 7 nəfərdən 4-ü ilə əlaqə saxlanılıb. Xilasetmə tədbirləri davam etdirilir.
***
09:04
İstanbulun Maltepe rayonunda 7 mərtəbəli yaşayış binası çöküb.
APA-nın Türkiyə bürosu yerli KİV-ə istinadən xəbər verir ki, dağıntılar altından 3 nəfər sağ çıxarılıb.
Axtarış-xilasetmə tədbirləri davam etdirilir.