AMEA: Xəzərin Aralın taleyini yaşamaması üçün işlər görülməlidir

AMEA: Xəzərin Aralın taleyini yaşamaması üçün işlər görülməlidir
# 12 may 2018 07:45 (UTC +04:00)

"Planetin temperaturunun istiləşməsi gələcəyin ən böyük problemidir".

APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib. O bildirib ki, qlobal istiləşmənin təsiri özünü daha çox daxili sularda göstərir: "Daxili sulara ən bariz nümunə Xəzər dənizidir. Xəzər dənizinin Aralın taleyini yaşamaması üçün müəyyən işlər görülməlidir. Xəzər dənizinin biomüxtəlifliyi, ətraf mühiti, fiziki şəraiti mühafizə olunmalıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR