Gəncə sakini müəmmalı şəkildə xəsarət alıb

Gəncə  sakini müəmmalı şəkildə xəsarət alıb
# 18 avqust 2017 19:23 (UTC +04:00)

Gəncə sakini ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1991-ci il təvəllüdlü Qasımov Elsevər Səməd oğlu qarın nahiyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. E.Qasımov yıxılaraq xəsarət aldığını bildirsə də, onun bıçaqlandığı ehtimal olunur.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR