ABŞ-da baş verən yanğın zamanı 4 uşaq yanaraq ölüb

ABŞ-da baş verən yanğın zamanı 4 uşaq yanaraq ölüb
# 02 mart 2017 01:03 (UTC +04:00)

ABŞ-ın Oreqon ştatında yaşayış evində baş verən yanğın zamanı 4 azyaşlı uşaq yanaraq ölüb.

APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, faciə ştatın ən iri şəhəri Portlenddən 300 km aralıda yerləşən Riddl yaşayış məntəqəsində baş verib.

Yanğın nəticəsində 3 nəfər xəsarət alıb. Onların vəziyyətlərinin ağır olduğu bildirilir. İnsidentin digər təfərrüatları hələ ki, açıqlanmır.

Hazırda yanğının səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR