"Yapı Kredi Azərbaycan"ın əsas səhmdarının bazar dəyəri azalacaq

"Yapı Kredi Azərbaycan"ın əsas səhmdarının bazar dəyəri azalacaq
# 09 yanvar 2017 07:39 (UTC +04:00)

"Yapı Kredi" bankının bazar dəyəri (kapitalizasiya) azala bilər. "APA-Economics" xəbər verir ki, belə bir proqnozla Almaniyanın bankı olan "Deutsche Bank" çıxış edib.

"Deutsche Bank"ın proqnozuna əsasən, bu il "Yapı Kredi"nin 1 səhminin nominal dəyəri 4,2 lirə təşkil edəcək. Bundan öncə Almaniya bankı bu göstəricinin 4,6 lirə olacağını proqnozlaşdırıb.

Qeyd edək ki, "Yapı Kredi" Azərbaycanda fəaliyyət göstərən "Yapı Kredi Bankı Azərbaycan" QSC-nin əsas səhmdarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR