“Bank Melli İran Baku” I rübü mənfəətlə başa vurub

“Bank Melli İran Baku” I rübü mənfəətlə başa vurub
# 21 aprel 2017 07:39 (UTC +04:00)

“Bank Melli İran Baku”nun aktivlərinin həcmi 2017-ci ilin I rübündə 82,122 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 18,34% azdır.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 43,47% azalaraq 6,021 mln. manat olub.

Hesabat dövründə bankın cəmi öhdəliklərinin həcmi 21,142 mln. manat təşkil edib.

Bankın cəmi kapitalı 60,981 mln. manat olub. Bir il ərzində bankın nizamnamə kapitalı 43,12% artaraq 73,611 mln. manat təşkil edib.

Hesabat dövründə bankın gəlirləri 799 min manat, xərcləri isə 413 min manata bərabər olub.

Bu ilin üç ayını bank 330 min manatlıq mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR