Məhkəmə müstəntiqlər barəsində xüsusi qərardad çıxarıb

Məhkəmə müstəntiqlər barəsində xüsusi qərardad çıxarıb
# 26 yanvar 2017 09:42 (UTC +04:00)



Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Nail Bəkirov, Söhbət Bəkirov, Ərşad Mahmudov və Sərxan Əsədullayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. İclasda hakim bildirib ki, cinayət işinin istintaqı zaman təqsirləndirilən şəxslərin müdafiə hüququ pozulub və cinayət işinin materiallarında kobud qanun pozuntuları var. Buna görə məhkəmə cinayət işinin ibtidai istintaqa qaytarılması, işi aparan 2 müstəntiq və 1 tədqiqatçı barəsində xüsusi qərardad çıxarılıb.

Qeyd edək ki, həmin şəxslər Cinayət Məcəlləsinin 177-ci(oğurluq) maddəsi ilə ittiham olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR