Ağdamda maşınla vurulan şirkət əməkdaşı ölüb - YENİLƏNİB

Ağdamda maşınla vurulan şirkət əməkdaşı ölüb  - <span style="color: red;">YENİLƏNİB
# 08 fevral 2018 12:27 (UTC +04:00)

Ağdamda avtomobillə vurulan piyada xəstəxanada ölüb.

APA-nın Qarabağ bürosunun məlumatına görə, Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılan 24 yaşlı Bəhrəm Hüseynovun həyatını xilas etmək mümkün olmayıb. Kürdəmir rayonundan olan gənc “Polatyol” şirkətindən işləyib.

***

10.18

Ağdamda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin kimliyi müəyyənləşib.


APA-nın Qarabağ bürosunun məlumatına görə, rayonun İmamqulubəyli kəndində 42 yaşlı Valeh Həsənovun idarə etdiyi “VAZ 2106” markalı, 10 LJ 075 dövlət nömrə nişanlı maşınla piyada Bəhrəm Hüseynov vurulub. Bundan sonra avtomobil asfaltbasana çırpılıb. Nəticədə sürücü, piyada və maşınındakı sərnişin, 50 yaşlı Məhiyyəddin Əliyev müxtəlif bədən xəsarəti ilə Ağdam mərkəzi rayon Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan APA-ya verilən məlumata görə, 24 yaşlı Bəhrəm Hüseynovun vəziyyəti ağırdır, digər 2 nəfərin vəziyyəti stabildir.

Faktla bağlı araşdırma başlanıb.

***

7 fevral

20:32

Ağdamda ağır yol qəzası baş verib.

APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə İmanqulubəyli kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan avtomobil 3 piyadanı vurub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qəzanın təfərrüatları, yaralananların şəxsiyyəti müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR