Səfirlik Dağlıq Qarabağda Hindistan sərgisinin keçirilməsinə münasibət bildirib

Səfirlik Dağlıq Qarabağda Hindistan sərgisinin keçirilməsinə münasibət bildirib
# 02 aprel 2018 14:16 (UTC +04:00)

“Hindistan hökumətinin Xankəndində təşkil edilən Hindistan sərgisi ilə heç bir əlaqəsi yoxdur”.

Bu barədə Hindistanın Azərbaycandakı səfirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, Hindistan hökumətinin hindistanlı biznesmenlərin Dağlıq Qarabağa səfəri ilə heç bir əlaqəsi yoxdur: “Əksinə, Hindistan hökuməti biznesmenlərə təlimat verir ki, Dağlıq Qarabağa səfər etməsinlər”.

Qeyd edək ki, Hindistandan olan 12 biznesmen Azərbaycanın işğal edilmiş ərazilərində sərgi təşkil edib. Xankəndində martın 28-də başlayan sərgi aprelin 8-ə kimi davam edəcək.

Sərgidə Hindistandan gətirilmiş ərzaq, ədviyyat, bəzək əşyaları, paltarlar, mebel və s. nümayiş etdirilir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR