Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub
# 06 mart 2019 09:12 (UTC +04:00)

Nəsimi rayonunda yanğın hadisəsi baş verib.

ONA-nın məlumatına görə, hadisə Rəşid Behdudovla Salatın Əsgərova küçəsinin kəsişməsində yerləşən hündürmərtəbəli binada qeydə alınıb. 11-ci mərtəbədə yerləşən mənzildə elektrik naqillərində qısaqapanma baş verib və nəticə yanğın olub. Dərhal hadisə yerinə FHN, polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Mənzildə olan sakinlər təxliyə edilib. Alovun qarşısı alınıb. Yanğının baş vermə səbəbləri araşdırılır.

Nurlan Əli

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR