Tovuzda iki minik avtomobili toqquşub, xəsarət alan var

Tovuzda iki minik avtomobili toqquşub, xəsarət alan var
# 22 yanvar 2017 17:54 (UTC +04:00)

Tovuzda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun veridyi məlumata görə, hadisə Qovlar şəhərində qeydə alınıb.

“Mercedes” və “VAZ2106” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər, 1983-cü il təvəllüdlü Qəhrəmanov Xəyal Knyaz oğlu müxtəlif bədən xəsarətləri alaraq Tovuz rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR