Taleh Ziyadov İrana gedir

Taleh Ziyadov İrana gedir
# 30 noyabr 2017 13:27 (UTC +04:00)

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadovun başçılıq etdiyi nümayəndə heyəti bazar günü İrana səfər edəcək.

Bunu İranın yol və şəhərsalma nazirinin müavini və ölkənin dənizçilik və limanlar təşkilatının baş direktoru Məhəmməd Rastad APA-nın Tehran bürosuna açıqlamasında deyib.

M.Rastad bildirib ki, həmin gün İranın ən böyük limanlarından biri olan Çabahar Şəhid Behişti limanının açılış mərasimini keçiriləcək.

Onun sözlərinə görə, limanın açılışı ilə Cənub-Şərqi Asiya, Şərqi Afrika ölkələri ilə Orta Asiya və Əfqanıstan arasında tranzit habı yaradılacaq ki, nəticədə bu ölkələr bir-birinə birləşəcək. "Əminliklə deyə bilərəm ki, bu limanın inkişafı Xəzərin şərq və qərbində yerləşən ölkələr üçün də faydalı olacaq, bu bölgədə tranzit daşımaların həcminin artmasına rəvac verəcək".

İranla Azərbaycanın gəmiçilik və limançılıq sahəsində əməkdaşlığa toxunan nazir müavini bildirib ki, hər iki ölkənin müvafiq qurumları çərçivəsində əməkdaşlıq qurulub, bu əməkdaşlıqlar ekoloji durumun qorunması və fövqəladə halların təsirlərinin aradan qaldırılmasını əhatə edir. "Ölkələrimiz arasında əməkdaşlıq yaxşı səviyyədədir və ümid edirik ki, əməkdaşlıq daha da inkişaf etdiriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR