Ukrayna XİN: “Donbasda münaqişə başlanandan 9800 nəfər ölüb”

Ukrayna XİN: “Donbasda münaqişə başlanandan 9800 nəfər ölüb”
# 21 fevral 2017 00:48 (UTC +04:00)

Ukraynanın cənub-şərqində silahlı münaqişə başlanandan bu günədək 9800 nəfər ölüb, 23 minə yaxını yaralanıb.

APA-nın verdiyi xəbərə görə, bu barədə Ukrayna xarici işlər nazirliyinin açıqlamasında bildirilir.

Məlumata görə, üç il ərzində 1,8 milyon insan məcburi köçkünə çevrilib.

“Hazırda Rusiya-Ukrayna dövlət sərhədinin 409,7 km-lik hissəsi Ukrayna hökumətinin nəzarətindən kənardadır”, məlumatda qeyd olunub.

Münaqişə tərəflərinin atəşkəsə dair dəfələrlə razılığa gəldiyinə baxmayaraq, Ukraynanın şərqində hərbi əməliyyatlar davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR