Səfir Sekuta amerikalı həmsədr Şoferlə Qarabağ münaqişəsini müzakirə edib

Səfir Sekuta amerikalı həmsədr Şoferlə Qarabağ münaqişəsini müzakirə edib
# 07 noyabr 2017 10:09 (UTC +04:00)

"Biz Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi üçün ölkə liderlərinə öz köməyimizi göstərməkdə davam edirik".

APA-nın şimal bürosunun məlumatına görə, bu sözləri Qubada səfərdə olan ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Qırmızı qəsəbədə yerləşən sinaqoqda yerli icma nümayəndələri ilə görüşdə deyib.

Səfir bir müddət əvvəl Vaşinqtonda olduğunu və ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şoferlə görüşdüyünü bildirib: “Biz onunla prosesi irəli aparmaq üçün hansı işlərin görülməli olduğu barədə müzakirələr apardıq. Bu onun işarəsidir ki, Birləşmiş Ştatlar məsələyə ciddi yanaşır və yeni administrasiya hakimiyyətə gələndə bir sıra fəaliyyətin davam etdirilib-etdirilməməsi məsələsini nəzərdən keçirib. Davam etdiriləsi məsələlər sırasında ABŞ-ın Minsk qrupunda həmsədrliyi də var”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR