2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanda araq istehsalı illik müqayisədə 17% azalaraq 852,1 min dekalitr təşkil edib.
"APA-Economics"ə Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin ilk yeddi ayında ölkədə 429,6 min dekalitr üzüm şərabı istehsal edilib ki, bu da ötən ilin müvafiq aylarına nisbətdə 3,3 dəfə çoxdur.
|
İçki növləri |
2021-ci ilin yeddi ayı |
İllik müqayisə |
|
Araq, min dkl |
852,1 |
-17% |
|
Brendi (konyak), min dkl |
12 |
-11,1% |
|
Üzüm şərabı, min dkl |
429,6 |
4,3 dəfə |
|
Pivə, min dkl |
3 268,1 |
-1,9% |
|
Alkoqolsuz içkilər, min dkl |
18 503,8 |
2,1 dəfə |