Bu ilin 9 ayı ərzində eşitmə qüsuru olan 20 uşaq koxlear implantasiya əməliyyatı edilib

Bu ilin 9 ayı ərzində eşitmə qüsuru olan 20 uşaq koxlear implantasiya əməliyyatı edilib
# 02 noyabr 2016 10:10 (UTC +04:00)

“Bu ilin 9 ayı ərzində lal-karlığı olan 20 uşaq üzərində koxlear implantasiya əməliyyatı aparılıb”.

APA-nın xəbərinə görə, bunu Koxlear implantasiya əməliyyatlarının aparılmasına ehtiyacı olan uşaqların qeydiyyatının aparılması, seçilməsi, müayinə və müalicəsi üzrə Səhiyyə Nazirliyi tərəfindən yaradılan komissiyanın sədri, professor Azər Xudiyev deyib.

A.Xudiyev əməliyyatların Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında icra edildiyini, ilin sonuna kimi 14 xəstənin də növbə gözlədiyini deyib.

Həkim vurğulayıb ki, bununla da əməliyyat ediləcək uşaqların sayı 34 olacaq.

Qeyd edək ki, ötən ilin sentyabrında Səhiyyə Nazirliyinin müvafiq əmri ilə Koxlear implantasiya əməliyyatlarının aparılmasına ehtiyacı olan uşaqların qeydiyyatının aparılması, seçilməsi, müayinə və müalicəsi üzrə Komissiya yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR