Bolqarıstan səfiri: "Cocuq Mərcanlıda bir neçə il sonra daha çox insanın yaşayacağına ümid edirik"

Bolqarıstan səfiri: "Cocuq Mərcanlıda bir neçə il sonra daha çox insanın yaşayacağına ümid edirik"
# 15 fevral 2017 14:46 (UTC +04:00)

“Burada bir ailə ilə tanış olduq. Onlar uzun illərdir bu ərazini tərk etmir. Bu, bir daha onların Azərbaycan torpağına, ərazisinə sevgisini göstərir”.

APA-nın məlumatına görə, bunu bir qrup səfir və beynəlxalq təşkilat nümayəndələri ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edən Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova deyib. O bildirib ki, onlar həmin vətənpərvərlik ruhunu Cocuq Mərcanlıda hiss etdilər: “Biz Azərbaycana hər şeyin ən yaxşısını diləyirik və arzu edirik ki, bu yerlərdə bir neçə il sonra daha çox insan yaşasın, uşaq bağçaları olsun. Ölkə prezidenti də bu barədə tədbirlər planı müəyyən edib. Bizi bunun effektinə inanırıq. Təşəkkür edirəm ki, bizi buraya gətiriblər”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR