Polis mayorunu bıçaqlayan şəxslərin məhkəmə istintaqı başa çatıb

Polis mayorunu bıçaqlayan şəxslərin məhkəmə istintaqı başa çatıb
# 18 aprel 2017 14:31 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində polis əməkdaşını öldürməyə cəhddə təqsirləndirilən Əli Həsənov və Əhmədyar Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses aprelin 25-də davam etdiriləcək.

İttihama görə, ötən ilin noyabrında Bakıda 1979-cu il təvəllüdlü Abdullayev Namiq Aydın oğlu tanışları - 1974-cü il təvəllüdlü Cəbrayılov Arif Etibar oğlu və 1985-ci il təvəllüdlü Məsimov Kamil Zakir oğlu və iki qadınla birlikdə kafedə olan zaman Ə. Məhərrəmovla aralarında mübahisə düşüb. Onlar əlbəyaxa olublar. Bu vaxt Ə. Məhərrəmovun tanışı Ə. Həsənov davaya qoşulub. Kütləvi dava zamanı Ə. Məhərrəmov və Ə. Həsənov bıçaqla həmin 3 nəfərə xəsarət yetirərək, qaçıblar. Xəstəxanaya çatdırılan şəxsləri xilas etmək mümkün olub.

N. Abdullayevin polis mayoru olduğu, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsində çalışdığı bildirilir. O, hadisə zamanı xidmətdə olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR