Ağcabədidə avtomobil kanala düşüb, bir nəfər ölüb

Ağcabədidə avtomobil kanala düşüb, bir nəfər ölüb
# 31 yanvar 2017 11:16 (UTC +04:00)

Ağcabədi rayonunda avtomobil kanala düşüb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Kəbirli kəndi ərazisində baş verib. Rayonun Üzeyirli kənd sakini, 1962-ci il təvəllüdlü Əliyev Valeh İnqilab oğlu idarə etdiyi “VAZ-21099” markalı avtomobilin idarəetməsini itirib və maşın su kanalına düşüb.

V. Əliyev boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR