Məhkəmə prokurorun vəkil barəsindəki hökmdən verilən protestini təmin etməyib

Məhkəmə prokurorun vəkil barəsindəki hökmdən verilən protestini təmin etməyib
# 07 noyabr 2017 10:15 (UTC +04:00)

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən vəkil Sadıq Abışovun barəsindəki hökmdən verilən apellyasiya protestinə və apellyasiya şikayətinə baxılıb.

APA-nın xəbərinə görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, zərərçəkmişin və prokurorun protesti təmin edilməyib. Birinci instansiya məhkəməsinin bəraət hökmü dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, S. Abışov Vəkillər Kollegiyasının üzvü olub. O, zərərçəkmiş Vidadi Mürsəlovun şikayəti əsasında saxlanılıb. V. Mürsəlov cinayət işi ilə bağlı vəkillə müqavilə bağlasa da, sonradan S. Abışov tərəfindən ona məxsus təxminən 135 min manat məbləğində pulun ələ keçirildiyini iddia edib.

S. Abışov barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb və barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S. Abışov barəsində bəraət hökmü çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR